Avropa qitəsində COVİD-19 pandemiyasının tüğyan etməsi səbəbindən hökumətlər tərəfindən ciddi qadağaların tətbiqinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, bir çox hallarda qapanma və qadağalar əhali tərəfindən müqavimətlə qarşılanır.
İtalyanın Florensiya şəhərində karantin qaydalarına tabe olmaq istəməyən əhali ilə polis arasında qarşıdurmalar baş verib.
İspaniyanın Burgos şəhərində isə qorxulu anlar yaşanıb. Karantin qaydalarını qəbul etməyən xalq polisi qovub.