17 Oktyabr 2014 20:43
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sərgi salonunda Erməni soyqırımını əks etdirdiyi iddia edilən “Gazir” xalçası nümayiş etdiriləcək.

Teleqraf.com «Anadolu» agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan deyib. Onun sözlərinə görə, noyabrın 18-23-də Ağ Evdə “ABŞ-a təşəkkür: xaricdəki Amerika səfirlərindən minnətdarlıq əlaməеi olaraq prezidentlərə üç hədiyyə” adlı sərgi baş tutacaq.

Meehan sərgidə erməni xalçasının nümayiş etdiriləcəyini də bildirib. O həmçinin xalçanın 4 milyon ilmə ilə 18 aya tamamlandığını qeyd edib.

Yayılan məlumatlarda xalçanın üzərindəki yazılarжт diqqəti çəkdiyi bildirilir: “Evlərindən didərgin salınan erməni yetimlər üçün Amerika xalqı tərəfindən göndərilən humanitar yardıma görə prezident Kuldingə təqdim olunmuşdur”.

Samir


Müəllif: