Türkiyənin qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.
Teleraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyi məlumat yayıb.
“Son məlumatlara görə, zəlzələ nəticəsində 83 nəfər ölüb, 962 nəfər xəsarət alıb. Xəstəxanalarda 219 yaralı var”, – deyə bildirilib.
Bundan əvvəl 79 nəfərin öldüyü, 962 nəfərin xəsarət aldığı bildirilmişdi.
Oktyabrın 30-da Türkiyənin qərbində 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Egey dənizində – İzmir vilayətinin Səfərihisar şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələ yaxınlıqdakı yunan adalarında da hiss olunub. Yunan seysmoloqları zəlzələnin gücünü 6,9 bal gücündə qiymətləndirilib. İzmir şəhərində ən azı 20 binanın çökdüyü bildirilib.