“Almaniya Kansleri Angela Merkel və bu ölkənin hökumət üzvləri ABŞ-da keçirilən seçkilər ətrafında baş verənləri yaxından izləyirlər”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert deyib.
“Federal Kansler ABŞ-dakı hadisələri yaxından izləyir. Nazirlər Kabinetinin iclasında bu mövzuya qısa olaraq toxunulub”, - Zaybert bildirib.
O, Almaniya kanslerinin seçkilərdən sonra ABŞ Prezidenti Donald Trampla əlaqə saxlaması ilə bağlı yayılan iddiaya da cavab verib:
"O, (Merkel - red.) gecə Trampla əlaqə qurmayıb. Hər halda belə bir hal olsaydı, bu haqda danışa bilərdik”.