6 Noyabr 2020 12:26
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarək və vəfat edən həyat yoldaşının əmlakının dondurulması qərarını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bunu dondurulmuş aktivlərinin idarə edilməsinə məsul Apellyasiya Məhkəməsinin sədri Bədri Abdülfəttah açıqlayıb.

Məhkəmə sədri Mərkəzi Bankdan sözügedən müddəanın ləğvi ilə əlaqədar lazımi bank və qanuni prosedurları həyata keçirməsini istəyib. Sözügedən əmlakın tərkibi ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, Misirdə 30 illik Hüsnü Mübarək hakimiyyəti 25 yanvar 2011-ci ildə başlayan xalq qiyamı ilə sona çatıb. Mübarək dövründə nazirlərə, siyasətçilərə, bürokratlara və iş adamlarına qarşı korrupsiya, rüşvət və qanunsuzluq ittihamları ilə onlarla iddia qaldırılmışdı.

2011-ci ildə Misir Apellyasiya Məhkəməsi Hüsnü Mübarək ailəsi və dövrün bir çox məmurunun əmlakının dondurulmasına qərar vermişdi.

Bir neçə il həbsxanada yatan Hüsni Mübarək sonradan azadlığa buraxılmış və bu ilin fevralında vəfat etmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər