5 Dekabr 2020 10:53
3 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro jurnalistlərə açıqlamasında xanımı Kiliya Floresə ABŞ-ın ölkəsindəki xüsusi nümayəndəsinin boşanma qarşılığında Amerika hökumətinin qeyd-şərtsiz dəstəyini qazanacağını təklif etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Maduro amerikalı diplomatın öz adamları vasitəsilə Venesuelanın birinci xanımıyla əlaqə qurduğunu deyib.

“ABŞ Prezidenti Donald Trampla öz elçiləri vasitəsilə həmişə əlaqəmiz olub”, - Maduro qeyd edib.

Venesuela lideri ABŞdiplomatının göndərdiyi mesajla əlaqədar isə bunları söyləyib:

“Bildiriblər ki, əgər Madurodan boşansan, xarici ölkəyə səyahət edə biləcəksən və sənə bütün dəstəyi verəcəyik, kiliya. Bu, bir roman deyil, gerçəkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər