Ermənistanın eks-prezidenti Robert Köçəryanın bugünkü məhkəməsi təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə iclasının təxirə salınmasına səbəb vəkillərdən birinin prosesdə iştirak etməməsi olub.
Qeyd edilir ki, Yuri Xaçaturovun vəkili Mihran Poqosyan iclasda iştirak edə bilmədiyi üçün hakim Anna Danibekyan prosesin vaxtını dekabrın 15-nə təyin edib.