Hindistanın cənub-şərqində qeyri-qanuni fəaliyyət göstərən fişəng istehsalı zavodunda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra müəssisədə güclü yanğın olub. Zavodda azı 20 fəhlə çalışıb, hadisə nəticəsində bir neçə nəfər itkin düşüb.
İnsident Andxra-Pradeş ştatının Vakatippa kəndində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.