21 Oktyabr 2014 12:48
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriya və İraqda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hədəflərinə 12 yeni hava hücumu təşkil edib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Ordu Komandanlığı bəyanat yayıb. Bildirilir ki, hücumlardan 6-sı pilotsuz təyyarələrlə hayata keçirilib.

Komandanlıqdan hücumların Kobanidəki İŞİD hədəflərinə yönəldiyi və terror təşkilatının çoxsaylı texnikasının sıradan çıxarıldığı açıqlanıb.

Bundan əlavə komandanlığından verilən digər açıqlamada Kobaniyə atılan silah və tibbi yardımın da vurulduğu qeyd olunub. Buna səbəb isə yardımın İŞİD əlinə keçməsinin qarşısını almaq olub.

Samir


Müəllif:

Oxşar xəbərlər