COVID-19-a yoluxan Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayını tərk edib.
Teleqraf.com xəbər verir ki, "France Bleu" radiostansiyası məlumat yayıb.
Məlumata görə, Makron karantin müddətində qaldığı Yelisey sarayından ayrılaraq həyat yoldaşı ilə birgə Fransanın cənubunda Yer şəhərinə gedib.
Fransa prezidentinin dekabrın 31-dək həmin şəhərdəki iqamətgahında qalacağı bildirilir.