22 Oktyabr 2014 09:05
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın xüsusi təhqiqatlar xidməti "Nizam və ədalət" partiyasının ofisində axtarış aparıb. Qeyd edək ki, adı çəkilən partiya Litvanın hakim partiyalarından biridir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, xüsusi xidmət orqanını əməkdaşları ofisdəki səbədləri müsadirə ediblər.

Delfi.lt-in məlumatına görə, partiya nümayəndələri korrupsiyada günahlandırılırlar. Litva Baş Prokurorluğundan bildirilib ki, bununla bağlı çoxdan təhqiqat aparılır. «Mümkündür ki, mütəşəkkil qrup külli miqdarda korrupsiyaya yol verib" - prokurorluğun nümayəndəsi Elyana Martinonene bildirib.

Hüquq-mühafizə orqanları bir neçə nəfərdən şübhələnir. Bunlar Litva DİN-in başçısı Alfonsans Barakauskasın rəhbərliyi altında işləyən şəxslərdir. Оnlardan biri, daxili işlər nazirinın keçmiş məsləhətçisi Ervinas Rastyanckis artıq saxlanılıb.

Obzor.lt bildirir ki, bir sıra şəxlərin iş və yaşayış ünvanında, eyni zamanda adı açıqlanmayan üç firmada axtarışlar həyata keçirilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər