İran dövlət mediası Fordo nüvə müəssisəsində uranın 20 faiz zənginləşdirilməsinin rəsmi olaraq başladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İrandakı hökumətə məxsus Dolat.ir xəbər saytında dərc olunan məqalədə bildirilib.
Məqalədə İran hökumətinin sözçüsü Əli Rəbinin açıqlamsına da yer verilib:
“Prezident Həsən Ruhani sanksiyaların ləğvi üçün Strateji Fəaliyyət Qanununun tətbiq edilməsinə verib. İlk UF6 zənginləşdirilmiş uran məhsulu bir neçə saat içində əldə ediləcək”.
Rəbi prosesin Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verildikdən sonra həyata keçirildiyini deyib.
İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Saleh yanvrın 1-də BAEA-ya müvafiq qanuna uyğun olaraq uranı 20 zənginləşdirəcəklərini bildirdiklərini söyləyib. Salehi bundan əvvəl Prezident Ruhaninin təlimat verəcəyi təqdirdə uranı 20 faiz zənginləşdirəcəklərini açıqlamışdı.
İranlı alim Möhsün Fəxrizadənin öldürülməsindən sonra parlamentdə təsdiqlənən qanun İranın Atom Enerjisi Agentliyinə uranı 20 faiz zənginləşdirməyə başlamağı və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı tövsiyyə edir.
Beynəlxalq nüvə razılaşması İrana uranı ən çox 3.67 faiz nisbətində zənginləşdirməyə imkan verir. Anlaşmaya görə, 20 faizlik səviyyə İrana nüvə silahı əldə etməsinə imkan verə bilər. ABŞ illərdir İranı bundan çəkindirmək üçün sanksiyalar tətbiq edir. Hələlik Amerika hökumətinin İranın bu addımına hansı cavab verəcəyi məlum olmasa da, Prezident Donald Tramp belə bir qərarın islam respublikasına baha başa gələ biləcəyini demişdi.