ABŞ prezidenti Donald Tramp Kabinetinin üzvləri onun hakimiyyətdən uzaqlaşdırılması və dövlət başçısının səlahiyyətlərinin Maykl Pense verilməsi imkanlarını müzakirə edirlər.
Teleqraf.com-un məlumatına görə, bu barədə CBS telekanalı öz mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, Amerika hökumətinin üzvləri belə bir ehtimalı müzakirə edirlər, lakin hələ də təkliflərini M.Pensə təqdim etməyiblər.
Söhbət bir sıra kabinet üzvlərinin ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etmək niyyətindən gedir. Bu düzəlişə görə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi təqdirdə, dövlət başçısının vəzifəsini vitse-prezidentə keçir.
Qeyd edək ki, yanvarın 6-da onlarla etirazçı Konqres binasına zorla daxil olmuşdu.