YPG/PKK terror təşkilatı Bəşər Əsəd rejiminə aid hərbi bölgəni mühasirəyə alıb.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Qamışlı qəsəbəsini işğal edən YPG terrorçuları ilə Bəşər Əsəd qüvvələri arasında 2020-ci ilin dekabrın 28-də başlayan və Rusiyanın vasitəçiliyi ilə iki dəfə yatırılan gərginlik 24 saat sonra yenidən təkrarlanıb.
Suriyanın şimalındakı Ayn İsa ərazisinin rejim qüvvələri təslim etməsi mövzusunda təzyiqlərə məruz qalan YPG/PKK Hasekeyə bağlı Qamışlının mərkəzində rejim qüvvələrinin nəzarətində olan və “Təhlükəsizlik Meydanı” olaraq bilinən hərbi bölgəni dünən axşam saatlarında yenidən mühasirəyə alıb.
Terrorçular hərbi hissəyə gedən yolları qapadıb. Əsəd Rejimi də Haseke qəsəbəsinin bəzi bölgələrində varlığını nümayiş etdirən bütün dayaq nöqtələrini gücləndirib.
İki həftəyə yaxın davam edən gərginliyin Rusiyanın prosesə müdaxilə etməsi ilə sabitləşməsi gözlənilir.