Qırğızıstanda keçirilən prezident seçkilərinin favoriti Sadır Japarov qalib gəlsə, Rusiya ilə strateji və müttəfiqlik münasibətlərini davam etdirmək qərarı verəcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, Rusiyanın Qırğızıstanın ən vacib strateji müttəfiqi olduğunu deyib.
“30 ildir ki, Rusiya ilə müttəfiq münasibətlərimiz var. Bu, bizim ən vacib strateji tərəfdaşımızdır. Bunu davam etdirəcəyik”, - Japarov qeyd edib.
Qırğızıstanda erkən prezident seçkiləri bu gün keçirilir. 17 nəfər əsas dövlət postuna namizəddir.
Rus mediasının iddiasına görə, seçkilərin favoriti sayılan müxalifət lideri Sadır Japarov ölkədə Rusiyaya yaxınlığı ilə seçilən siyasətçi kimi tanınır.
Prezident Soronbay Jeenbekov ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra kütləvi etirazlara görə istefa vermək məcburiyyətində qalmışdı.