Roma Papası Fransiskin şəxsi həkimi Fabrisio Sokkorsi COVID-19 infeksiyası səbəbindən dünyasını dəyişib.
Teleqraf.com xatıladır ki, Papa Fransisk 78 yaşlı Fabrsionu 2015-ci ildə özünün şəxsi həkimi seçmişdi.
İtaliya mediası qeyd edir ki, Papanın şəxsi həkimi dekabrın 26-də onkoloji xəstəlik səbəbindən xəstəxanaya çatdırılıb.
Şəxsi həkiminin Papa ilə sonuncu dəfə nə zaman təmasda olduğu bəlli deyil. Bu isə Vatikanı ciddi narahat etməyə başlayıb.
Qeyd edək ki, Papa və komandasının peyvənd olmaq üçün gözlədikləri bildirilir.