“2023-cü il seçkilərində Cümhur İttifaqı olaraq, parlamentdə böyük əksəriyyətlə təmsil olunacağıq və yenidən prezident seçkilərində qalib gələcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən Türkiyə lideri gələcək hədəflərdən danışıb:
“2023-cü il seçkilərində Cümhur İttifaqı olaraq böyük bir səs çoxluğu ilə parlamentdə təmsil olunacağıq və yenidən prezident seçkilərində qalib gələcəyik. Ölkəmizi 2023-cü il hədəflərinə tamamilə çatdırmadan bir an belə dayanmaq, durmaq, vaxtı israf etmək bizim üçün haramdır”.