18 Yanvar 2021 16:01
4 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

12:50

Yaponiya hökuməti sülh müqaviləsinin bağlanması və ərazi problemlərinin həlli də daxil olmaqla, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Baş naziri Yoşixide Suqa deyib.

Baş nazir Rusiya ilə danışıqlarda mövqeyinin dəyişməzliyini bir daha təsdiqləyib: “Şimal ərazilərindəki problemləri gələcək nəsillərə saxlamamaq üçün buna son qoymaq lazımdır”.

O, Yaponiyanın ərazi mübahisələrinə son qoyaraq, Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bildirib.

Eyni zamanda, Suqa ABŞ-la müttəfiqlik münasibətlərini “Yaponiya diplomatiyasının əsası” adlandırıb və yeni seçilmiş Prezident Co Baydenlə ən qısa müddətdə görüşmək istədiyini söyləyib.

Qeyd edək ki, rəsmi Tokio Rusiyanı beynəlxalq sərhədlər daxilində Yaponiya əraziləri kimi tanınan Kunaşir, Şikotan, İturup və Xbomay adalarını işğal etməkdə ittiham edir.

1956-cı ildə SSRİ və Yaponiya arasında birgə bəyannamə imzalanıb. Moskva sülh müqaviləsi imzalanacağı təqdirdə iki adanın Yaponiyaya verilməsi imkanlarını nəzərdən keçirməyə razılaşıb. Lakin Yaponiya tərəfi bununla razılaşmayıb, Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərin geri qaytarılmasını tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər