19 Yanvar 2021 01:16
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanın Qərbi Darfur vilayətinin Qeneyna şəhərində baş vermiş toqquşmalar zamanı 129 nəfər həlak olub, daha 198 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, ölənlərin sayının artacağı bildirilir.

Şəhərdə zorakılıq aktları ötən şənbə Qeneyna sakininin qətlindən sonra başlayıb.

"Şəhərdə nisbi sakitliyə baxmayaraq, zorakılıq aktlarının olduğu ərazilər genişləndi. Qeneynadakı hadisələrlə paralel olaraq Murni və Kaukar rayonlarının xəstəxanalarına ölənlərin meyitləri gətirildi", - həkimlərin bəyanatında deyilir.

Həkimlər güman edirlər ki, yaralılar və öldürülənlərin sayı daha çoxdur. Amma çətin təhlükəsizlik vəziyyəti səbəbindən onlarla yaxın ünsiyyətdə olmaq çətindir. Bildirilir ki, qarşıdurmalarla əlaqədar yerini dəyişən minlərlə insan sığınacağa malik deyil, həmçinin içməli su, qidalanma və dərman sarıdan sıxıntı çəkir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər