23 Yanvar 2021 11:48
2 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni Prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra telefonla zəng etdiyi ilk xarici ölkə lider Kanada Baş naziri Castin Trüdo olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında ABŞ-Kanada münasibətlərinin strateji əhəmiyyəti, COVID-19-la mübarizədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və müdafiə sahəsində daha çox əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilib.

ABŞ lideri Trüdodan sonra Meksika Prezidenti Andres Manuel Lopez Obradora da zəng edib.

Lopez Obrador Tvitter hesabında Baydenləsəmərəli bir görüş keçirdiklərini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər