Rusiyalı müğənni Filip Kirkorov ölkəyə girişi qadağan olunduğu üçün Litvanı məhkəməyə vermək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, vəkil Aleksandr Dobrovinski sənətçinin işinin Avropa məhkəmələri qarşısında qaldırılacağını bildirib.
Litva hökuməti müğənni Filip Kirkorovun ölkəyə girişini beş il müddətinə qadağan edib. Qərar pop ulduzunun Ukraynanın işğal edilmiş Krım yarımadasına səfəri ilə əlaqələndirilib.
Litva daxili işlər naziri Aqne Bilotaytenin sözlərinə görə, Kirkorov son bir neçə il ərzində dəfələrlə yarımadaya qanunsuz səfər edib və bununla da işğalı açıq şəkildə dəstəkləyib.
Rusiya Xarici İşlər Nazirliyi İnstaqram hesabında Kirkorova dəstək paylaşımı edib.