İsrailin missiya rəhbəri Eytan Naenin səfər etdiyi Əbu-Dabidə yəhudi dövlətinin səfirliyi açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
"İsrailin Əbu-Dabidə səfirliyi bu gün diplomatik nümayəndəliyin nümayəndəsi Eytan Naenin ölkəyə gəlişi ilə rəsmi olaraq açıldı", - xəbərdə deyilir. Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kabineti ölkənin Təl-Əvivdə səfirliyinin açılmasına icazə verib.
Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın aktiv vasitəçiliyi ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb. İsrail BƏƏ və Bəhreynlə sülhün bağlanmasına qədər Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.