26 Yanvar 2021 10:16
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaksinlə bərabər əlavə tədbirlər görülməsə, COVID-19-un mutasiya keçirmiş növü daha ölümcül nəticələrə gətirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş pandemiya ilə mübarizə tədbirləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, vaksin inkişaf etməklə olan ölkələrə gec göndərilərsə, virusun mutasiya keçirmiş növü daha təhlükəli olacaq: “Bu halda infeksiyaya yoluxma və ölüm hallarında artım müşahidə edəcəyik. İqtisadiyyatı canlandırmanın yeganə yolu peyvəndin dünya ölkələrinə sürətli çatdırılmasından başlayır”.

Antonio Quterreş qeyd edib ki, peyvənd paylanması bərabər şəkildə aparılmır. O hesab edir ki, vaksinin istehsalı bütün dünyanı əhatə etməlidir.


Müəllif: Aysel Azad