26 Yanvar 2021 11:56
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İstanbulda Türkiyə və Yunanıstan arasında görüşlərin başlanmasını və hər iki hökumətin bu müddətə bağlılığını məmnuniyyətlə qarşılayır”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prike bəyan edib.

Sözçü ABŞ-ın Şərqi Aralıq dənizində gərginliyin azaldılmasına yönəlik bütün cəhdləri dəstəklədiyini xüsusilə vurğulayıb.

Xatırladaq ki, Türkiyə ilə Yunanıstan arasında neçə illərdir Şərqi Aralıq dənizinə dair görüşlər keçirilirdi. 2016-cı ildə dayandırılan görüşlər 5 il sonra İstanbulda yenidən başlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər