Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın RBK kanalı Rusiya və Ermənistan hökumətlərindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda iddia edilib ki, baş nazirin müavinləri Cənubi Qafqaz nəqliyyat əlaqələrinin qurulmasını müzakirə edəcəklər.
Ehtimal olunan görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiya tərəfindən Aleksey Overçuk, Ermənistan tərəfindən Mher Qriqoryanın iştirak edə bilər.
Yeri gəlmişkən, Rusiya Dəmir Yolları İdarəsinin sözüsü bu məsələyə şərh verməkdən imtina edib.
Ehtimal olunur ki, baş nazirlərin müavinləri bir neçə mümkün layihəni müzakirə edə bilər. Bura xüsusilə, Azərbaycan və Naxçıvanı birləşdirən dəmir və avtomobil yolunun açılması, habelə Ermənistan və Rusiyanı birləşdirəcək dəmiryolunun tikintisi müzakirələri daxildir.
Xatırladaq ki, yanvarın 11-də Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü zamanı işçi qrupunun yaradılması haqda razılığa gəlinib. Baş nazirlərin müavinlərinin təmsil olunacağı işçi qrupu martın 1-nə qədər layihələrini siyahısını təqdim etməlidir. Bu daha çox komunikasiya xətlərinin açılmasını nəzərdə tutan prosesdir.