Yalnız hərbi hədəfləri vuracağıq. Ancaq hər hansı bir evin yaxınlığında raket olduğu bilinərsə, o ev də artıq hərbi hədəfdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İsrailin Baş qərargah rəisi Aviv Kochavi Beynəlxalq Təhlükəsizlik İnstitutunun təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
Livan Hizbullahının əlində və Qəzzada çox sayda raket anbarının olduğunu bildirən general bəyan edib ki, Livanda hər beş evdən birində raket mövcuddur.
İsrailin beynəlxalq hüququ pozmaq niyyətində olmadığına vurğu edən Baş qərargah rəisi əlavə edib ki, yalnız hərbi hədəfləri vuracaqlar: “Ancaq hər hansı bir evin yaxınlığında raket olduğu bilinərsə, bu zaman həmin ev də hədəfimiz olacaq”.
Həmas Hərəkatı ilə razılaşma mövzusuna gəldikdə general deyib ki, hərakatın əlində israilli əsirlər var:
"itkin düşənlərlə bağlı məsələ həllini tapmayınca ibu mövzuda irəliləyiş mümkün olmayacaq".