Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağda atəşkəsə nəzarət vəzifələrini yerinə yetirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Rusiya hərbi personalının atəşkəsə “Forpost” və “Orlan-10” pilotsuz uçan aparatlardan (PUA) istifadə edərək nəzarət etdiyi qeyd olunub:
“Monitorinq Mərkəzinin hərbi qulluqçuları PUA-lardan idarəetmə mərkəzinə davamlı olaraq görüntülər göndərir, ərazilərdəki bütün hərbi texnika və personalın hərəkətləri təhlil olunur və təmas xəttində baş verənlər qeydə alınır”.
Müdafiə Nazirliyi mərkəzin növbətçi zabitlərinin əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları topladıqlarını, ümumiləşdirdiyini və yoxladıqlarını, tərəflərin razılaşmaların yerinə yetirilməməsi ilə bağlı müraciətlərinə və ya problemlərə dair şikayətlərinə baxdıqlarını qeyd edib.