Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Dağıstanda bir terror qruplaşmasını ortaya çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
FSB-nin keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasına məxsus çox sayda silah-sursat (odlu silahlar, döyüş sursatları və snayper tüfəngləri) ələ keçirilib.
Qruplaşmanın bir neçə üzvünün saxlanıldığı, ikisinin isə əvvəldən həbs olunduğu bildirilib.
Qeyd edək ki, FSB bundan əvvəl bölgədə rusları İŞİD terror təşkilatına cəlb edən şəbəkəni ələ keçirib. Məlumata görə, saxlanılan şəxslər hazırlanmış yaraqlıların Suriyaya aparılmasını təşkil edib. Şəbəkənin Tümen, Tatarıstan və Dağıstan sakinlərini terror təşkilatına cəlb etdiyi ortaya çıxıb.