8 Fevral 2021 15:06
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində 67 nəfər koronavirusdan (COVID-19) ölüb.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 536 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 321 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 473 756 nəfərə çatıb. Virus daşıyıcılarından 3 778 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 260 045 nəfər koronavirusdan sağalıb, 9,72 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 36 rayon narıncı, 178 rayon sarı, 234 rayon isə mavi zona hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər