8 Fevral 2021 18:25
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin One Space Technology özəl şirkəti özünün hazırladığı “ağıllı” OS-X6B raket daşıyıcının buraxılışını uğurla həyata keçirib.

Teleqraf.com China Daily nəşrinə istinadla xəbər verir ki, Chongqing Liangjiang Star adı ilə populyarlaşan raketin uzunluğu 9,4 metrdir. Onun komponentləri 3D çap texnologiyasının köməyi ilə hazırlanır. Maksimum orbit hündürlüyü 300 kilometrə qədərdir.

Son texnologiyalar əsasında konstruksiya edilən raketin uçuşuna nəzarət xüsusi planşet qurğu ilə həyata keçirilir. Bütün proses kompüterləşdirilib. Raket məsafədən idarə olunur, lakin mühərrikdə nasazlıq yaranarsa, avtonom rejimdə də fəaliyyət göstərə bilir. Yeni texnologiyalar sayəsində şirkətin əməkdaşları OS-X6B raketinin uçuş trayektoriyasını və olduğu yeri real zamanda izləyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər