“Fransanı “alçaltmaq”, “Fransa hökumətini devirməyə cəhd” və “terror təbliğatı aparmaq” ittihamları ilə Çemberli meri tərəfindən məhkəməyə verilən imam Fərid Səlim Paris Apelyasiya Məhkəməsində hakim qarşısına çıxarılıb.
Teleqraf.com xəbər verir ki, hakim tərəfləri dinlədikdən sonra növbəti iclası martın 31-nə təyin etmək qərarı verib.
İttihamları rədd edən Səlim 20 ildən çoxdur Fransada imam olduğuna diqqət çəkdi.
O, nədə ittiham olunduğunu başa düşmədiyini deyib: “Cinayət tərkibi olmadığı üçün bir şey tapa bilmədilər. Nədə günahlandırılıram? Hər bir vətəndaş kimi fikrimi azad formada ifadə etməkdə günahkar bilinirəm. Bəs söz azadlığı var idi? Sadəcə olaraq, hökumətin siyasətini tənqid etdim, guya Fransa vətəndaşına yaraşmayan davranışlara yol vermişəm. Xüsusən də Türkiyə Prezidenti Ərdoğanın koronavirusla mübarizəni Fransa prezidentinin daha yaxşı apardığını dediyim və bunu Feysbukda paylaşdığım üçün “Fransa qanunları təhlükəyə atmaq” ittihamı ilə mühakimə olunuram. Dediyim kimi, ölkə pandemiya ilə mübarizədən məmnun deyiləm”.
İmamın vəkili Şefen Gez müvəkkilinə Fransadakı müsəlman cəmiyyəti və Çemberli sakinləri tərəfindən hörmət edildiyini bildirib və onun barəsində irəli sürülən ittihamları “özbaşınalıq” adlandırıb.
Gez Səlimin hansısa terror təşkilatı ilə əlaqəsinin olduğunu sübut edilmədiyini vurğulayıb.
O, imamın Fransa Prezidenti Emmanuel Makronu Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müqayisə etdiyi üçün mühakimə olunduğunu bildirib: “O, eyni zamanda “Fransa hakimiyyətini devirməkdə” ittiham edilir, bunlar sadəcə gülməlidir. Təsəvvür edin ki, Türkiyədə Ərdoğanı Makronla müqayisə edən bir keşişin evinə polis göndərilir. Nə deyə bilərdiniz? Hamı şok olardı”.