İsrail ABŞ Dövlət katibi Entoni Blinkenin Qolan Təpələri ilə bağlı açıqlamasına cavab verib.
Teleqraf.com xəbər verir ki, İsrail baş nazirinin ofisindən verilən açıqlamada Qolan Təpələrinin əbədi olaraq bu ölkənin bir hissəsi olacağı bildirilib.
Açıqlamada İsrailin Qolan Təpələri ilə bağlı məsələdə mövqeyinin aydın olduğu deyilib.
“Mümkün olan hər hansı bir ssenaridə Qolan Təpələri əbədi olaraq İsrailin bir hissəsi olaraq qalacaq”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Entoni Blinken bundan əvvəl “CNN”ə açıqlamasında Qolan Təpələrini İsrailin ərazisi kimi qəbul etmədiklərini bildirmişdi.