Prinsipcə əvvəllər səsləndirdiyim fikirləri təkrarlamaq niyyətində deyiləm. Mən nazir təyin edildikdən sonra mətbuata mütəmadi müsahibələr vermişəm. Bu səbəbdən də ictimaiyyətlə qeyri-şəffaf şəkildə işləməkdə günahlandırıla bilmərəm.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə deyib.
Haqqında qalmaqallı xəbərlərin yayılması ilə bağlı verilən suala nazir cavab verməyəcəyini bildirib: “Siz niyə məni məcbur edirsiniz ki, vaxtımı itirim?”.
Xatırladaq ki, erməni mətbuatının məlumatına görə, bir müddət əvvəl Kerobyanın İranda həddən artıq spirtli içki qəbul etdiyi üçün böyük müəssisələrdən birinə planlaşdırılan səfəri baş tutmayıb.