ABŞ prezidenti Barak Obamanın İŞİD-lə Qlobal Mübarizə üzrə Xüsusi Nümayəndəsi, təqaüdçü general Con Allen, Avropa ölkələrinə etdiyi ziyarət çərçivəsində bu gün Fransa Xarici İşlər naziri Laurent Fabius tərəfindən qəbul edilib.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, görüşdən sonra mətbuata açıqlama verən Fabius, "IŞİD, İraq və Suriya xaricində bütün bölgə ölkələrini və bizi də təhdid edir" deyib. Fabius İraq və Suriyadakı terror təhdidinə qarşı Fransa və ABŞ-ın mübarizəsinin birlikdə gerçəkləşəcəyini vurğulayıb.
Suriyada Şam rejiminin ölkəyə böyük zərər verdiyini yazan Fabius ölkəsinin Suriyadakı mülayim müxalifəti dəstəklədiyini söyləyib.
Fransanın ABŞ-ın öndərliyində IŞİD-ə qarşı İraqda davam etdirilən əməliyyatlara qatıldığını xatırladan Fabius Fransız döyüş təyyarələrinin İraqdakı IŞİD hədəflərinə bu gün əhəmiyyətli zərbə vurduğunu diqqətə çatdırıb. Fabius, "Fransa və ABŞ-ın terrorla mübarizəsi dayanıqlılıqla sürəcək" deyib.
ABŞ generalı Allen isə Fransanın IŞİD təhdidinə qarşı əhəmiyyətli əsgəri və diplomatik dəstək verdiyini söyləyib. Allen humanitar baxımdan da Fransanın əhəmiyyətli köməyini vurğulayıb.
Maraqlıdır ki, Fransa ABŞ-ın liderliyi ilə IŞİD-ə qarşı İraqdakı əməliyyatlara dəstək verərkən, Şam rejimini gücləndirəcəyi səbəbiylə Suriyada əməliyyatlara qatılmır.
Fransa Baş qərargahı rəhbərliyinin bu gün verdiyi məlumatda Fransız təyyarələrinin İraqda IŞİD-ə aid hədəfləri vurduğunu açıqlanıb. Nəticədə IŞİD-ə aid silah və sursatın olduğu 12 obyektin məhv edildiyi bildirilib.
Nail Cəlil