“Donald Tramp haqqında danışmaqdan yorulmuşam”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Bayden ABŞ-ın sabiq prezidentinin Senatda mühakimə edilməsi ilə bağlı suala belə cavab verib:
“Artıq Tramp məsələsini bir kənara qoymaq lazımdır. Dörd il bütün xəbərlərdə Tramp vardı. Amma gələcək dörd il boyunca bütün xəbərlərdə Amerika xalqı olacaq. Tramp haqqında danışmaqdan yorulmuşam”.