Tanzaniya Prezidenti Con Maqufuli xalqdan tənəffüs yolu xəstəliklərindən xilas olmaq üçün üç gün dua etməyi istəyib.
Teleqraf.com xəbər verir ki, koronavirusla bağlı xalqa müraciətində ölkə lideri narahatlığa heç bir əsas olmadığını iddia edib.
“Keçən il dualarımızla bu tənəffüs yolları xəstəliklərinin öhdəsindən gəldik. Əminəm ki, bu il də elə olacaq”, - prezident bildirib.
Con Maqufuli yanvarın 27-də ictimaiyyəti xarici dövlətlər tərəfindən hazırlanan COVID-19 peyvəndlərinə qarşı xəbərdarlıq edib.
O, ölkəsində koronavirusun olmadığına inanır: “Peyvəndlər təhlükəlidir. Ağdərililər peyvənd tapa bilsəydilər, indiyə qədər QİÇS-in, vərəmin və malyariyanın peyvəndini tapardılar”.