20 Fevral 2021 23:10
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail rəhbərliyinin Suriyada əsir götürülmüş vətəndaşının sərbəst buraxılması üçün Əsəd rejiminə COVID-19 peyvəndi verdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatında məlumat yayılıb.

İsrail rəhbərliyinin Bəşər Əsəd rejiminə koronavirus peyvəndlərini səhvən Qunteyra əyalətinə girərkən saxlanılan vətəndaşın sərbəst buraxılması müqabilində verdiyi deyilib.

Məlumata görə, İsrail əsir mübadiləsi üçün Rusiyadan 1.2 milyon dollar dəyərində “Sputnik V” peyvəndi alıb. “Sputnik V” peyvəndlərinin birbaşa Dəməşqə göndərildiyi deyilib.

Baş nazir Binyamin Netanyahu və koalisiya müttəfiqi, müdafiə naziri Benni Qantzın martın 23-də keçiriləcək erkən seçkilərdən əvvəl seçicilərin reaksiyasına görə bu məlumatları ictimaiyyətdən gizlətdikləri iddia edilib.

İsrail hakimiyyəti tərəfindən bu xəbərlə bağlı hələ heç bir açıqlama verilməyib.

İsrail və Əsəd rejimi bu həftə Rusiyanın vasitəçiliyi ilə əsirlərin dəyişdirilməsini həyata keçirib. Bunun nəticəsində İsrail iki suriyalı çobanı, Əsəd rejimi isə bir israilli qadını sərbəst buraxıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər