İraqda NATO qüvvələrinin artırılması yalnız rəsmi Bağdadın istəyi əsasında həyata keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun İraqdakı missiyasının komandanı danimarkalı general Per Olsen deyib.
Onun sözlərinə görə, NATO missiyası İraq səlahiyyətlilərinin istəyi ilə İraqdadır və ölkədəki vəzifələrinin genişləndirilməsi yalnız bu ölkənin hökumətinin istəyi ilə həyata keçirilə bilər".
Qeyd edək ki, fevralın 18-i NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul etmişdilər. Qərara əsasən, İraqdakı missiyanın sayı 500 nəfərdən 4 min nəfərə qədər artırılmalıdır. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək.