22 Fevral 2021 14:37
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da vətəndaş hüquqları və irqçiliyə qarşı mübarizəsi ilə yadda qalan zənci müsəlman fəal Malkolm X-in vəkilləri 56 il əvvəl baş verən sui-qəsdin təhrikçilərinə qarşı yeni dəlil olduğunu iddia ediblər.

Teleqraf.com xəbər verir ki, vəkillər 1965-ci il fevralın 21-də Harlemdə keçirilən konfransda çıxışı zamanı öldürülən Malkolm qarşı sui-qəsd planının Nyu-York Polis Xidməti və ya Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən hazırlana biləcəyinə dair dəlillər əldə etdiklərini söyləyiblər.

Açıqlamada 1960-cı illərdə mülki polis olan qaradərili Rey Vudun ölüm yatağında olarkən, ailəsinə Malkolma qarşı sui-qəsdin adıçəkilən qurumlar tərəfindən hazırlandığını iddia etdiyi bir məktub yazdığı bildirilib.

Məktubda sui-qəsd tarixindən bir neçə gün əvvəl Malkolmun həbs edilməsi vəzifəsinin Rey Vuda verildiyi vurğulanıb.

Nyu-York Polisindən verilən açıqlamada yeni dəlillərin ortaya çıxmasından sonra istintaqın başladığı qeyd edilib.

Malkolm X-in öldürülməsinən 56 il keçməsinə baxmayaraq, hələ də sui-qəsdin kim tərəfindən törədildiyi tam aydın deyil. Sui-qəsddən sonra tutulan üç nəfər ömürlük həbs cəzasına məhkum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər