2 Mart 2021 12:43
7 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin son dönəmlərdəki təmasları və müsbət açıqlamaları Avropa Birliyinin mövqeyini bir qədər yumşaldıb”.

Teleqraf.com xəbər verir ki, bunu “Hüriyyət” qəzetinin yazarı Hande Fırat deyib.

Onun sözlərinə görə, Aralıq dənizinin şərqi ilə bağlı məsələlərin həllində gərginlik yaranan Yunanıstan-Türkiyə münasibətləri də normallaşmağa başlayıb: “Mart ayında Avropa Birliyindən Türkiyəyə qarşı sanksiya gözlənilmir”.

Hander Fırat qeyd edib ki, Türkiyə bir müddətdir əlaqələrinin qopduğu üç ölkə ilə də bağlı qapılar arxasında təmaslarını davam etdirir: “İsrail, Suriya və Misirlə münasibətlərin qaydasına salınması yönündə müsbət addımlar atılır”.

Fırat Ankaranın Bəşər Əsəd rejimi ilə görüşlərinin davam etdiyini, amma Dəməşqin təkbaşına qərar vermək gücündə olmadığını, İran və Rusiyanın onun üzərində böyük təsirlərinin olduğunu bildirib:

“Ankara və Dəməşqin danışıqlar aparması bəs etmir, Bəşər Əsəd təkbaşına qərar verə bilmir. Suriya ilə problemlərin həll edilməsinə daha çox vaxta ehtiyac var. Suriya təkcə Suriyadan ibarət deyil, az qala dünyanın bütün böyük oyunçuları oradadır. Amma buna baxmayaraq, indiki halda Dəməşqlə təmasları davam etdirmək önəmli addımdır”.

Hande Fırat Qahirə ilə bağlı durumunda Dəməşqdən çox da fərqli olmadığına diqqət çəkib: “Misir də fərqli deyil, amma əldə etdiyim məlumatlara görə, görüşlər davam edir, müsbət irəliləyişlər var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər