Çin 2020-ci ilin sonuna qədər ən çox hərbi gəmiyə sahib olan ABŞ-ı taxtdan salıb.
Teleqraf.com xəbər verir ki, Çin 360 döyüş gəmisi ilə dünyada ən böyük donanmaya sahib ölkəyə çevrilib.
ABŞ Hərbi Dəniz Kəşfiyyatı İdarəsinin hesabatında Çin hərbi dəniz qüvvələrinin dünyanın ən böyük hərbi donanması olduğu, son iyirmi ildə gücünün üç dəfə artdığı bildirilib.
Hesabatda Çinin hərbi donanmasına 360 döyüş gəmisinin daxil olduğu vurğulanıb, yaxın 4 ildə gəmi sayını 400-ə çatdırmağı hədəflədiyi qeyd edilib.
ABŞ kəşfiyyatının məlumatına görə, Çin sürətlə müasir hərbi gəmilər, sualtı gəmilər, təyyarə daşıyıcıları, döyüş təyyarələri, hücum gəmiləri, nüvə sualtı gəmiləri və qütb buzqıranlarını inşa edir.
ABŞ 297 döyüş gəmisi ilə dünyanın ən böyük hərbi donanmasına sahib olan Çindən sonra ikinci yerdə qərarlaşıb.