Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, COVID-19 pandemiyası ilə mübarizə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional mövzular müzakirə olunub.
Dövlət başçısı Türkiyəyə aprel ayında turist səfərlərinin bərpa olunacağına əminliyini ifadə edib.
Türkiyə lideri Böyük Britaniya ilə Türkiyə arasında sərbəst ticarət sazişinin onların münasibətlərdə dönüş nöqtəsi olduğunu bildirib. Ərdoğan vurğulaylb ki, atılan addımlar ikitərəfli ticarətin həcminin 20 milyard dollara çatmasına kömək edəcək.
Prezident qeyd edib ki, Ankara Londonun Kipr məsələsi ilə bağlı səylərini alqışlayır.