"Twitter"in qurucusu Cek Dorsinin bu sosial şəbəkədə ilk paylaşımının qiyməti "Valuables" onlayn-hərracında 2,5 milyon dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onlayn-hərracının saytında deyilir.
Məlumata əsasən, ilk "tvit"i almaq hüququ uğrunda əsas mübarizə "Bridge Oracle" şirkətinin baş direktoru Hakan Estavi ilə Çinli sahibkar, "Tron" kriptovalyutasının banisi Castin San arasında yaşanıb.
Xatırladaq ki, C.San ötən həftə ilk "tvit"i almaq hüququ üçün 2 milyon dollar təklif irəli sürmüşdü. Buna cavab olaraq H.Estavi təklifi 500 min dollar artıraraq 2,5 milyon dollara çatdırıb.