Özbəkistan və Türkiyə arasında imzalanmış hərbi maliyyə əməkdaşlığına dair anlaşma təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı müvafiq fərmanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.
Bu fərmanla tərəflər arasında 27 oktyabr 2020-ci il tarixində Daşkənddə imzalanmış anlaşma öz təsdiqini tapıb.
Qeyd edək ki, Türkiyə müdafiə naziri Hulusi Akar 2020-ci ilin oktyabrında Özbəkistana rəsmi səfəri zamanı özbək həmkarı Bahadır Qurbanovla iki ölkə arasında Hərbi Maliyyə Əməkdaşlıq Sazişini və Nağd Yardımın İcra Protokolunu imzalayıb.