22 Mart 2021 13:13
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə planlaşdırılan iclasda Rusiya ilə münasibətləri müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu, Avropa Birliyi dövlət və hökumət başçılarının 25-26 mart tarixlərində Moskva ilə münasibətlər mövzusunda keçiriləcək görüşünə bir növ hazırlıq olacaq.

Bundan əlavə, xarici işlər nazirlərinin iclasında Rusiyadan olan müəyyən şəxslərə qarşı yeni sanksiyaları təsdiqlənəcəyi gözlənilir.

Xarici işlər nazirləri Türkiyə ilə münasibətləri də müzakirə edəcəklər. AB-nin iclasının digər mövzuları Gürcüstan, Venesuela və Myanmadakı vəziyyətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər