22 Mart 2021 20:30
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Donbasda atəşkəs rejiminin pozulması hallarında artımın danışıqlar prosesinə kritik təsir göstərməyəcəyinə ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel söyləyib.

“Hücumların sayının artdığını deyə bilərik. Bunun bir sıra siyasi və iqtisadi səbəbləri var”, - Mendel vurğulayıb.

O, atəşkəsin davam etdirilməsi üçün imkanların qaldığını və onlardan istifadə edilməli olduğunu bildirib.

Mendel Ukrayna tərəfinin münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu qeyd edib. Ukrayna Prezidenti Vladimir Zelenskinin son iki ildə azı 20 dəfə orada olduğunu xatırladıb: “Güclü - mübarizə aparan yox, müharibə dəhşətlərini dayandıra biləndir. Buna görə də Ukrayna dialoq yolunu seçir”.

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsi 2014-cü ildə Rusiya hərbi qüvvələri tərəfindən işğal olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər