Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinlə yaxşı əlaqələrə malik olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, o, TASS-a müsahibəsində deyib:
“Başqalarından fərqli olaraq Prezident Putinlə yaxşı münasibətlərimin olduğunu söyləməkdən utanmıram”.
Onun sözlərinə görə, əksər Qərb ölkələrindən fərqli olaraq Serbiyanın Rusiya ilə yaxşı münasibətləri var.
Bundan əvvəl Aleksandr Vuçiç Serbiyanın Rusiya və Çin ilə dostluq münasibətlərini qorumaq niyyətində olduğunu bildirmişdi.