24 Mart 2021 20:23
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada əhalinin koronavirus əleyhinə peyvəndlənməsini sürətləndirmək məqsədi ilə “vaksinodrom”lar yaradılır.

Teleqraf.com xəbər verir ki, bu haqda səhiyyə naziri Olivye Veran məlumat verib. Bildirib ki, koronavirus əleyhinə peyvənd kampaniyasının sürətləndirilməsi məqsədi ilə ölkə ərazisində 35 “vaksinodrom” – peyvənd mərkəzləri açılacaq. Futbol stadionlarında təşkil olunacaq bu “vaksinodrom”lar peyvəndlərin bir mərkəzdən idarəsinə xidmət edəcək. Eyni mərkəzdə peyvəndin saxlanılması, idarə edilməsi və peyvənd aparılması təşkil olunacaq. Parisdəki “Stade de France”, eləcə də ölkə ərazisində olan digər stadionlar peyvənd kampaniyasına cəlb ediləcək. Bu gündə 2 minədək, həftədə isə 10 minədək insanın peyvənd edilməsinə imkan yaradacaq.

“Vaksinodrom”ların aprel ayından fəaliyyət göstərəcəyi bildirilir. Ancaq ölkədə tez-tez səsləndirilən “peyvənd çatışmazlığı” məsələsinə gəldikdə, bu “vaksinodrom”ların peyvəndlə təmin edilməsi məsələsi də ortaya çıxır.

Bu “vaksinodrom”ların peyvəndlə təmin olunmasına gəldikdə isə Fransanın aprel ayından başlayaraq həftədə 2 milyon Pfizer, 1 milyon isə Moderna peyvəndi alacağı gözlənilir.

Peyvəndlərin daşınması və saxlanması baxımından yaranan çətinliklərin məhz bu “vaksinodrom”larla aradan qaldırılacağı qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər