29 Mart 2021 09:05
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmanın təhlükəsizlik qüvvələri şənbə günü yeddisi uşaq olmaqla 107 nəfəri öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Soyqırımı Xəbərdarlığı üzrə xüsusi məsləhətçisi Elis Nderitu və BMT-nin insan haqları üzrə alikKomissarı Mişel Baçeletin birgə bəyanatında deyilir. Açıqlamada məlumatların haradan gəldiyi deyilməyib.

“Şənbə günü çevriliş əleyhinə nümayişlərin başlamasından bəri ən qanlı gün olub”, - deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, “təhlükəsizlik qüvvələri, çoxsaylı etibarlı mənbələrə görə, yeddisi uşaq olmaqla azı 107 nəfəri öldürüblər”. Bəyanatın müəllifləri ölüm sayının artacağını ehtimal edirlər.

Həmçinin deyilir ki, “ölkənin 40-dan çox yerində koordinasiyalı hücumlar” zamanı yüzlərlə insan yaralanıb və saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər