7 Aprel 2021 12:37
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Donbasda qarşıdurmanın miqyasının böyüməsində maraqlı deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.

“Biz bu gərginliyin böyüməsini istəmirik, bu münaqişənin siyasi və diplomatik həllinə sadiqik. Yalnız hərbi qüvvələrimiz üçün bir təhlükə yaranarsa və ya onlara hücum edilsə atəş açacağıq”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Kiyev 27 dekabr 2020-ci il tarixində qüvvəyə minən atəşkəsdən razı idi, bu, bir müddət effektli oldu: “Sonra Moskvada nəsə dəyişdi. Bizə gəldikdə, əgər bu, adi hərbi yerdəyişmə deyilsə, hücuma keçmək məqsədi ilə heç bir möhkəmləndirmə aparmırıq. Ancaq bir hərbçimiz öldürülürsə, özümüzü müdafiə etmək hüququmuz var”.

Kuleba bundan əvvəl verdiyi açıqlamada Donbasda miqyası getdikcə genişlənən silahlı qarşıdurmanı “son illərin ən böyüyü” adlandırıb və Ukraynanın cənub-şərqində baş verənlərə görə Rusiyanı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər